Yunanıstan da Rusiya təyyarələri üçün hava məkanını - BAĞLADI

Gündəm 28 Fevral 2022 | 14:52
OXUNUB: 323

Yunanıstan 3 ay müddətinə bütün Rusiya təyyarələri üçün öz hava məkanından istifadəni qadağan edib.

Bu barədə Mülki Aviasiya Administrasiyasının yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya aviadaşıyıcılarının Yunanıstanın milli hava məkanından istifadəsini qadağan edən aviasiya direktivi Avropa İttifaqının öz hava məkanını Rusiya Federasiyasına bağlamaq qərarından sonra tətbiq edilib.

Həmçinin qeyd olunur ki, Rusiya aviaşirkətlərinə və ya Rusiyanın nəzarətində olan aviaşirkətlərə məxsus təyyarələrin, o cümlədən şəxsi təyyarələrin Yunanıstana enməsi, Yunanıstandan qalxması, hava məkanına daxil olması və oradan keçməsi qadağandır.

Aviasiya direktivinə humanitar maraq daşıyan uçuşlar, tibbi uçuşlar və Yunanıstan hökumətinin icazəsi ilə axtarış-xilasetmə uçuşları, eləcə də bütün fövqəladə uçuşlar istisna olunur.

Qadağa fevralın 28-də qüvvəyə minib və üç ay müddətində qüvvədə olacaq. (Apa)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man