ASCO-nun Azov və Qara dənizlərində üzən gəmiləri təhlükəsiz ərazilərə gətirilib

Gündəm 28 Fevral 2022 | 12:54
OXUNUB: 1221

Ukraynadakı hadisələrlə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Azov və Qara dənizində istismar edilən gəmilərin və onların heyət üzvlərinin təhlükəsizliyinə dair qərar qəbul edib.

Bunu “Report”un sorğusuna cavab olaraq ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib:

“Qərara əsasən, həmin istiqamətdə yükdaşıma üçün bağlanmış bir neçə müqavilə ləğv edilib.

Hazırda ASCO-nun gəmiləri daha təhlükəsiz ərazilərdədir. Bundan başqa, yükboşaltma əməliyyatı üçün Çernomorsk limanının reydində dayanan “Hüseyn Cavid” quru-yük gəmisi təhlükəsizlik məqsədilə Rumıniya sahillərinə gətirilib.

Ümumilikdə, hadisələrin gedişatını izləməkdəyik, gəmilərin və heyət üzvlərinin təhlükəsizliyi məqsədilə mümkün tədbirlər görülür və bundan sonra da zəruri tədbirlərin görülməsi davam etdiriləcək”, - deyə o qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man