Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsinə başlanıldı - RƏSMİ

Gündəm 28 Fevral 2022 | 12:14
OXUNUB: 326

“Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsinə başlanılıb”. Bu barədə “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyi məlumat yayıb. Bildirilib ki, ilkin olaraq, Odessa şəhərində cəmləşən 6 yük nəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA-nın aidiyyəti qurumlarla apardığı danışıqların nəticəsi olaraq, bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir. Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin təxliyəsi istiqamətində də işlər görülür. Həmin sürücülərlə mütəmadi olaraq əlaqə saxlanılır. Onların qayğıları ilə maraqlanılır. ABADA rəhbərliyinin tapşırığı ilə yanacaq problemi yaşayan bəzi sürücülərin bu problemi də həll edilib”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man