DİN və DTX əməliyyat keçirdi:Saxlanılanlar var - FOTO

Gündəm 28 Fevral 2022 | 12:22
OXUNUB: 444

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan, xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb olunmuş şəxslərdən 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qabil Əzizli və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov Fərzili kəndi ərazisində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Keçirilən baxış zamanı onlardan ayrı-ayrı bağlamalarda ümumi çəkisi 16 kiloqrama yaxın narkotik vasitə heroin və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və paytaxt ərazisində onun dediyi yerlərə çatdırmaqla satışını təşkil etməli imişlər.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man