Hacıqabulda polis əməliyyat keçirdi:beş nəfər həbs olundu - FOTO

Gündəm 28 Fevral 2022 | 12:15
OXUNUB: 378

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini Alı Zayidovun  qanunsuz olaraq odlu silah saxlaması barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs rayon ərazisində hərəkətdə olarkən saxlanılıb.Onun üzərinə baxış keçirilərkən lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı isə Hacıqabul rayon sakinləri İntiqam Əskərov və Rəşad Ağamalıyev, Şirvan şəhər sakinləri Elşad Rüstəmov və Vahid Bağırov saxlanılıblar. Həmin şəxslər narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man