Astarada yük avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var

Yol qəzaları 28 Fevral 2022 | 00:13
OXUNUB: 2485

Astarada yük avtomobili yoldan çıxaraq aşıb, bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

“Report”un verdiyi xəbərə görə, hadisə Pəlikeş kəndində baş verib. Belə ki, kənd sakini 1989-cu il təvəllüdlü Ələmdar Seyfəddin oğlu Əzizovun idarə etdiyi “VAZ-66” markalı yük avtomobili dağlıq ərazidə idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və yaşayış evinə çırpılıb.

Hadisə zamanı sürücü yüngül, avtomobildə olan sərnişin, Pəlikeş kənd sakini 1988-ci il təvəllüdlü Tarif Raqifağa oğlu Sovqatov ağır xəsarətlər alıb. T.Sovqatov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda ölüb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man