Bu il metroda yeni ventilyatorlar quraşdırılacaq

Gündəm 27 Fevral 2022 | 18:00
OXUNUB: 1011

"Bakı metropoliteni"nin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması üzrə işlər davam edir. Bu il daha 6 ventilyatorun alınması nəzərdə tutulub.

Bu barədə Avtosfer.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş rejimi daha da optimallaşıb, istismar müddətinə görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 17 belə ventilyator yenisi ilə əvəzlənib. Stansiya və tunellərdə normal iqlim şəraiti yaratmaqla sərnişinlərin rahatlığını təmin edən, metro infrastrukturunu, tuneli və tunel avadanlığını havanın kondensasiyasından qoruyan havalandırma sistemində 2021-ci ildə böyük işlər görülüb. Vacib yeniliklərdən biri kimi ventilyatorlarla yanaşı, təbii havalandırma imkanlarına əsaslı təsir edən və müasir idarəetmə sistemləri ilə təchiz olunmuş dempfer sistemlərinin quraşdırılmasına da başlanılıb. Nəticə etibarı ilə, ventilyatorların yenilənərək, dempferlərin quraşdırıldığı stansiyalarda havanın hərarətinin 3-4 dərəcə aşağı salınmasına nail olunub və tədbirlər davam etdirilir. Stansiyalarda sərnişin axınının təşkilində əhəmiyyətli rolu olan eskalatorlаrın demək olar ki, 80 faizdən çoxu artıq yenilənib. Sovet dönəmi eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin müasir nümunələri ilə əvəz edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man