Qazax şəhərinə quraşdırılmış svetofor obyektlərinin iş rejimində olan nöqsan sürücülərə təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, Qazax rayon Polis İdarəsinin və Qazax rayon Xəstəxanasının qarşısında olan svetoforların yaşıl işıqdan qırmızı işığa keçməsi beynəlxalq standartlara uyğun deyil. Standarta görə, hərəkət qadağan edilərkən yaşıl işıq ən azı 3 dəfə yanıb-sönməlidir ki, sürücülər tezliklə qadağanedici işığın yanmasını bilsinlər. Həmçinin yaşıl işıq 3 dəfə yanıb-söndükdən sonra, öncə sarı işıq yanmalı, daha sonra qırmızı işığa keçməlidir. Lakin Qazax şəhərində olan bu svetoforlar yaşıl işıq yanıb-sönmədən dərhal qırmızı işığa keçir. Bu isə birmənalı olaraq standarta zidd hesab olunur.
Leyla
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man