“Yanacaqdoldurma məntəqələri hər maşına 20 litrdən artıq benzin vurmur” - Ukraynadan AÇIQLAMA

Gündəm 26 Fevral 2022 | 13:29
OXUNUB: 1036

“Vəziyyət gərgin olaraq qalır. Hamı evindən çıxmamağa çalışır. Başımızın üstündən vertolyot, qırıcı təyyarələr uçur. Marketlərdə qida tapmaq mümkün deyil. Apteklərdə 50-100 nəfərə yaxın növbə olur. Bizdən 10 km aralıda hərbi baza raketlə vurulub”.

Bunu Oxu.Az-a cüdo üzrə qadın millimizin üzvü İrina Kindzerskayanın həyat yoldaşı Həmid Əliyev deyib.

O, həyat yoldaşı ilə Kiyev vilayətinin İrpen şəhərində yaşayır. Həmid Əliyev küçələrdə döyüş getdiyindən, evdən bayıra lazım olmadığı halda çıxmadıqlarını bildirib:

“Müharibə bizdən 5-6 km məsafədə baş verir. Qostomel qəsəbəsini vurdular. Hazırda bizdən 2-3 km məsafədə yerləşən Buçanski rayonunda döyüşlər gedir. Biz tərəfi də vurublar. Körpü partladılıb”.

O, Azərbaycana qayıtmaq barədə sualımıza belə cavab verib: “Əvvəla, səfirliklə əlaqə saxlamaq mümkün deyil. Üstəlik, şəhərdən çıxmaq çətin məsələdir. Körpü vurulub deyə, hamı ikinci yolla Kiyevə getməyə çalışır. Ona görə də Kiyevə gedən yol tıxacdır.

Yanacaqdoldurma məntəqələri də hər maşına 20 litrdən artıq benzin vurmurlar. Kiyevin özü bombalanıb. Ruslar Belarus ərazisindən girib”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man