Göyçayda karantin rejimi ilə bağlı reyd keçirilib - FOTO

Gündəm 25 Fevral 2022 | 21:00
OXUNUB: 1183

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda və qapalı məkanlarda nəzarət-yoxlama tədbirləri həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən şəxslərlə izahedici söhbətlər aparılıb. Rayondaxili marşrut avtobuslarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onlar avtobuslardan düşürülüb və barələrində inzibati tənbeh tədbirləri görülüb.  Həmçinin, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb ediliblər. Mağazalarda, ictimai iaşə obyektlərində, eləcə də digər qapalı məkanlarda tibbi maskalardan istifadə etməyən satıcılar aşkarlanıb,onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Mövcud qayda və tələblərə riayət etməklə fəaliyyət göstərməyin vacibliyi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.

Göyçayda karantin rejimi ilə bağlı reyd keçirilib, qaydaları pozanlar cərimələnibGöyçayda karantin rejimi ilə bağlı reyd keçirilib, qaydaları pozanlar cərimələnib

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man