Bakıda qayda pozan sürücü və maşında olan sərnişinlərin maraqlı görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər Nərimanov rayonu ərazisində - Atatürk prospektində çəkilib. Sürücü avtomobili təhlükəli sürür və “rüçnoy” çəkərək sağa – Ziya Bünyadov prospektinə sərt manevr edir. Bu zaman körpünün altında dayanmış yol polisi avtomobilini görən sürücü özünü itirir. Yanında oturan sərnişin isə “QAY-ı, QAYı (DYP)” deyib, həyəcanla reaksiya verir.
Sosial şəbəkələrdə gülüşə səbəb olan görüntüləri izlətyənlərin əksəriyyəti “düz getsəydi heç nə olmazdı” deyə, şərh yazıblar.
Yeri gəlmişkən, yollarda belələrinə çox rast gəlinir. Polis və kamera olanda yerdə “quzu kimi” sürənlər boşluq olanda hoqqabazlıq edir. Bu görüntü də onlardan biridir.
Videonu təqdim edirik:
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man