Mehriban Əliyeva COVID-19-la bağlı vəziyyətdən DANIŞDI

Gündəm 24 Fevral 2022 | 13:39
OXUNUB: 701

"Hazırda vəziyyətə görə demək olar ki, Azərbaycanda son dalğa azalmaqdadır. Lakin maraqlıdırsa, mən bir qədər təcrübəmiz barədə danışa bilərəm, çünki Azərbaycan da daxil olmaqla, bütün ölkələrin qarşılaşdığı vəziyyət qeyri-adi idi və problem çox böyük idi. İki ildən bir qədər artıq müddət keçəndən sonra hazırda bizdə müəyyən təcrübə var və mən onu bölüşə bilərəm".

Avtosfer.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə deyib.

"Bütün bunlar başlayanda, 2020-ci ilin fevral-mart ayları idi. Yəqin ki, hamınız xatırlayırsınız, müxtəlif versiyalar var idi, kimsə inanırdı, kimsə dərk edirdi, kimsə anlamırdı, inkaretmə mövcud idi. Fevral ayının sonunda biz aydın şəkildə dərk edirdik ki, nəyisə həqiqətən də çox ciddi hadisə baş verir və bu, qeyri-ordinar, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Mən hesab edirəm ki, sonrakı işin uğurlu həyata keçirilməsinin başlıca səbəblərindən biri yəqin ki, çox peşəkar qərargahın, komandanın tez bir zamanda yaradılmasına nail olmağımızdır. Üstəlik, aydın idi ki, burada yalnız tibb işçiləri ilə kifayətlənmək olmaz, diapazon tamamilə genişdir və hökumət üzvləri, ekspertlər, gənc alimlər, xüsusilə riyaziyyatçılardan ibarət qrup toplandı. Çünki artıq o vaxt aydın idi ki, hesablamaq, proqnozlaşdırmaq lazım olacaq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man