“Kiyevdə sakitlikdir, heç bir təşviş yoxdur”.
Bunu Oxu.Az-a açıqlamasında Ukraynanın Kiyev şəhərində yaşayan həmyerlimiz Əli Quliyev bildirib.
O qeyd edib ki, hazırda heç bir partlayış səsi eşidilmir:
“Bu gün səhər saatlarında partlayış səsləri eşidildi. Məlumat əldə etdik ki, Rusiya ordusu tərəfindən atılan raketlər havada zərərsizləşdirilib. Hazırda heç bir təşviş, həyəcan müşahidə edilmir və partlayış səsləri eşidilmir. Bayıra çıxmaqla bağlı heç bir məhdudiyyət yoxdur. Aptek və marketlərdə sıxlıq müşahidə edilir. Burada yaşayan azərbaycanlılarla daimi əlaqədəyik”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man