Suraxanı rayonu Hövsan qəsəbəsində narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü yol nəqliyyat hadisəsi törədib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxt sakini olan Anar İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil hərəkətdə olan zaman nəqliyyat vasitəsi yoldan çıxaraq qəzaya düşüb və sürücü yüngül dərəcəli xəsarətlər alıb.
Hadisədən sonra Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücü tibbi müayinəyə aparılan zaman onun sükan arxsasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib.
Sürücü ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu və avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib.
Həmçinin A.İsmayılovun üzərinə baxış zamanı ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin də aşkar edilib.
Sürücü barəsində Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Anar İsmayılovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man