Ölkədə bu vaksinin istifadəsi DAYANDIRILDI

Gündəm 23 Fevral 2022 | 14:49
OXUNUB: 451

Azərbaycanda indiyə qədər yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən vaksinlərin bir qismi müəyyən yararsızlıq səbəblərindən məhv edilib. Ölkədə məhv edilən vaksin dozalarının sayı 507 339-dur.

Avtosfer.az  AZƏRTAC-a istinadən bildirir ki, xəbər verir ki, bu barədə "Fəaliyyət üçün məlumat: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmaq" adlı konfransda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov məlumat verib.

O qeyd edib ki, respublikada məhv edilən vaksin dozalarının ümumi vaksinlərin 4.1 faizini təşkil edir.

Məhv edilən vaksinlərin 273 848 dozası "AstraZeneca", 50 592 dozası "Pfizer", 182 898 dozası "Sputnik V" vaksinləridir.

Məlumata əsasən, ölkədə "AstraZeneca" vaksininin istifadəsi dayandırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man