Polis əvvəllər məhkum olmuş şəxsin maşınından narkotik tapdı - FOTO

İctimai nəqliyyat 23 Fevral 2022 | 10:49
OXUNUB: 658

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Nəbiyev idarə etdiyi “Hyundai” markalı avtomobillə rayon ərazisində saxlanılıb. Onun üzərinə və avtomobilinə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 45 qram “patı” adlanan psixotrop maddə - metamfetamin, 2 qramdan artıq heroin və 300 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man