Qarnizon komandiri qəzaya düşdü - FOTO

Yol qəzaları 23 Fevral 2022 | 10:38
OXUNUB: 767

Hərbi Polis bölmələrinin Yevlax Qarnizonunun komandiri polkovnik-leytenant Ərəstun İsmayılov avtomobil qəzasına düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə Yevlax şəhərində, Cəfər Cabbarlı küçəsi ilə Abbasqulu bəy Şadlinski küçəsinin kəsişməsində baş verib. 

Belə ki, Ə.İsmayılovun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-MH-240 dövlət qeydiyyat nişanlı avtomobillə, Yevlax rayon sakininin (ad, soyad dəqiqləşdirilir) idarə etdiyi VAZ-2199 markalı, 66-BH-179 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində VAZ-2199 markalı avtomobil yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP və Hərbi Polisin əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, Ərəstun İsmayılov avtomobili yüksək sürətlə idarə edib və qarşısına çıxan digər avtomobili vurub.

Faktla bağlı araşdırma aparılır.

 

“Qafqazinfo”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man