Bakıda bu ərazi narkomanların məskəninə çevrilib - sakinlər narahatdır - VİDEO

Gündəm 23 Fevral 2022 | 01:00
OXUNUB: 1305

Paytaxtın Yasamal rayonu ərazisində narkomanlar baxımsız vəziyyətdə olan ərazini öz məskənlərinə çeviriblər. Onlar burada narkotik qəbul etdikdən sonra şprisləri əraziyə atırlar. Bu hal yaxınlıqda yaşayan sakinləri narahat edir.

Avtosfer.az xəbər verir ki, həmin əraziyə istifadə olunmuş çoxsaylı şprislər atılıb. Baxımsız vəziyyətdən istifadə edən narkomanlar ərazidə narkotik qəbul edirlər. Yaxınlıqda yaşayan sakinlər və parkdan istifadə edən vətəndaşlar isə buradan ehtiyatla keçirlər. Uzun müddətdir ki, sakinlərin bir hissəsi ərazidən köçürülərək evlərin əksəriyyəti sökülüb. Ancaq bəzi evlər var ki, orada hələ də insanlar yaşayır. Onların iddiasına görə, gündüz və axşam saatlarında əraziyə yığışan narkomanlar istifadə etdikləri şprisləri hara gəldi atırlar. Sakinlər iddia edirlər ki, narkotik qəbul edənlər yaxınlıqda yerləşən parka da gedirlər. Onlar bəzi hallarda parka istirahətə gələn sakinlər üçün problem yaradırlar. Sakinləri narahat edən problemlə bağlı Daxili İşlər Nazirliyinə məlumat verdik. Bir neçə dəqiqədən sonra əraziyə polis əməkdaşları və əməliyyat qrupu gəldi. Nazirlikdən Avtosfer.az-a bildirildi ki, problemin həll olunması üçün ərazi nəzarətə götürüləcək və burada fasiləsiz polis naryadları xidmət aparacaqlar.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man