Bu küçədə yenidənqurma işləri yekunlaşmaq üzrədir - VİDEO

Yeniliklər 22 Fevral 2022 | 13:48
OXUNUB: 660

Bakı şəhərində küçə parklanma yerlərinin idarə edilməsinə dair pilot layihənin əhatə etdiyi Bəsti Bağırova küçəsində yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd olunub ki, 450 metr uzunluğundakı küçə müasir şəhərsalma qaydalarına uyğun piyadayönümlülüyün artırılması prinsipləri əsasında təmir edilib. Küçədə 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil edilib.

Yaşayış binalarından başqa, 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat tələbatı nəzərə alınmaqla, 138 avtomobil üçün parklanma yeri təşkil edilib. Parklanma yerlərində əlilliyi olan şəxslər üçün də yerlər ayrılıb.

Məlumat üçün qeyd edək ki, Bəsti Bağırova küçəsinin əvvəlki vəziyyəti heç də ürəkaçan deyildi. Burada piyada səkilərinin davamsızlığı və ümumilikdə, yol infrastrukturunun vəziyyəti ərazini sürücülər və piyadalar üçün keçilməz edirdi.

 

 


 


 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man