Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 17-də Birinci Zobucuq qəsəbəsi ərazisində hərəkətdə olan “VAZ-21063” markalı avtomobil şübhə doğurduğundan saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a məlumat verilib. Polis əməkdaşları tərəfindən sürücü – qəsəbə sakini Səyyar Hüseynzadənin narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 334.1-ci maddələri ilə protokol tərtib olunub. S.Hüseynzadə 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man