Gürcüstandan Azərbaycana ötən ay 2 390 avtomobil gətirilib

Nəqliyyat xəbərləri 22 Fevral 2022 | 12:39
OXUNUB: 1251

Bu ilin yanvarında Gürcüstandan Azərbaycana 21 804,44 min ABŞ dolları dəyərində 2 390 avtomobil gətirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilir ki, ixrac edilən avtomobillərin dəyəri illik müqayisədə 7 628,18 min dollar və ya 54%, sayı isə 361 vahid və ya 18% artıb. Belə ki, 2021-ci ilin yanvar ayında Gürcüstandan Azərbaycana 14 176,26 min dollar dəyərində 2 029 avtomobil ixrac edilib.

Hesabata əsasən, bu ilin yanvarında Gürcüstan ümumilikdə 80 236,6 min dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 46,8% çoxdur.

APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man