Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib - FOTO

İctimai nəqliyyat 21 Fevral 2022 | 23:18
OXUNUB: 1354

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyənləşdirilməsi, onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçiriblər.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, tədbir zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və barələrində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin, piyada keçidlərində piyadalara yol verməyən sürücülər də aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunublar.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man