Balakən və İsmayıllıda dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib - FOTO

İctimai nəqliyyat 21 Fevral 2022 | 21:26
OXUNUB: 1335

Balakən və İsmayıllı Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin əməkdaşları tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin aşkarlanması istiqamətində reydlər keçirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlər zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onlarla maarifləndirici söhbət aparılıb və bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılıb. Həmin nəqliyyat vasitələrini idarə edən şəxslər barəsində cərimə protokolları tərtib olunub.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man