Zaqatalada "miqalka" ilə "at oynadan" sürücü barədə RƏSMİ AÇIQLAMA - VİDEO

Nəqliyyat TV 23 Fevral 2022 | 11:29
OXUNUB: 2128

Avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkələrdə görüntülər paylaşan daha bir şəxs barəsində Avtosfer.az-a şikayət daxil olub. Belə ki, 90-EV-095 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobilin sürücüsü qadağan olunmuş sayrışan işıqlardan istifadə etməklə avtoxuliqanlıq hərəkətləri edir. Görüntülər Zaqatala şəhərində qeydə alınıb.

Zaqatala rayonu ərazisində VAZ-2107 markalı avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri etməsi ilə bağlı görüntülər araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Avtosfer.az-a bildirib ki, araşdırma zamanı məlum olub ki, həmin görüntülər 2020-ci ildə qeydə alınıb.Avtoxuliqanlıq hərəkətləri edən 62-BB-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Namiq Şabanov barəsində qeyd olunan tarixdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılmasından ötrü rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə 2020-ci ilin noyabr ayında onun sürücülük hüquqi 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.
Həmin avtomobilin dövlət qeydiyyat nişanının 90-EV-095 olması ilə bağlı iddialar isə həqiqəti əks etdirmir. Belə ki, həmin dövlət qeydiyyat nişanı ağ rəngli VAZ-2107 markalı avtomobilin üzərindədir.

Videonu təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man