Bu maşınların sürücüləri niyə cərimələnir? - VİDEO

Nəqliyyat xəbərləri 20 Fevral 2022 | 22:27
OXUNUB: 2834

Bakıda çörək sexlərindən birinin iki sürücüsü cəriməyə görə işdən çıxmaq istəyirlər. Onlar iddia edirlər ki, dayanma və durma qaydasının pozulmasına  görə ay ərzində 200-300 manat cərimə ödəyirlər. Sürücülərin sözlərinə görə, bütün cərimələr mağazalara çörək verərkən yazılıb. Bəs bu cür zəruri qida məhsulu daşıyan şəxslərə belə yerlərdə güzəşt oluna bilərmi ? 

Dayanma və durma qaydasının pozulmasına görə, mağazalara çörək daşıyan avtomobilllərə xeyli cərimə yazılır. Çörək sexində sürücü işləyən Nihat Süleymanzadə deyir ki, adətən cərimələr şəhərin mərkəzi küçə və prospektinin kənarındakı mağazaların qarşısında yazılır. Həmin ərazilərdə dayanma və durmaya kameralar vasitəsi ilə nəzarət edilir. Bu səbəbdən də onlar zəruri qida məhsulunu həmin mağazalara verərkən kameralar vasitəsi ilə anında onlara cərimə tətbiq edir.

Abbas Abdullayev də çörək avtomobili idarə edir. O deyir ki, çörək avtomobili mütləq qaydada mağazanın qarşısında dayanmaldır. Kənarda saxlayıb çörəyi açıq şəkildə mağazaya gətirmək həm gigiyenik cəhətdən düzgün deyil, həm də vaxt itkisidir. 

Millət vəkili Fazil Mustafa deyir ki, yol kənarında olan mağazalara zəruri qida məhsulu verən avtomobillərə güzəşt edilməlidir. Onların sürücülərinə dayanma və durma qaydasının pozulmasına görə cərimə tətbiq etmək yanlış addımdır. Millət vəkili bu məsələni parlamentin iclasında gündəmə gətirəcəyini deyir. Çörək sexinin əməkdaşları məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət də ediblər. Qurumun mətbuat katibi Mais Ağayev deyir ki, küçə parklanma yerlərinin idarə olunmasına dair konsepsiyada bu kimi məsələlərin həlli də nəzərə alınıb. Qeyd edək ki, dayanma və durmanın qadağan edildiyi ərazilərdə qanunvericiliyə görə, yalnzı operativ nəqliyyat vasitəsi dayana bilər. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man