Nizami yol polisi narkoman, "avtoş" və sərxoş sürücülər tutdu - FOTO

İctimai nəqliyyat 19 Fevral 2022 | 14:07
OXUNUB: 5367

Nizami rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları ötən həftə yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərə qarşı mübarizə tədbirləri çərçivəsində 9 sürücü aşkar edib. Avtosfer.az xəbər verir ki, onlardan 3-ü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə,  3-ü narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında idarə edib. Eyni zamanda Heydər Əliyev prospektində avtoxuliqanlıq hərəkətləri edən 3 sürücü  saxlanılıb. 
Sürücülərdən biri Samir Saleh oğlu Səfiyev idarə etdiyi 90-VE-907 dövlət nömrə nişanlı,  "Hyundai" markalı avtomobil ilə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.  Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilib.  Məhkəmənin qərarı ilə o, sürücülük hüququndan 1 il müddətinə  məhrum edilməklə 500 manat məbləğində cərimə edilib. Qeyd edək ki,  Samir Səfiyev Türkiyədə ali təhsil alan tələbədir. 
Digər sürücü, tələbə olan Mahmud Feyzullayev sürücülük hüququ olmadan 90-DL-781 dövlət nömrə nişanlı, "Nissan X-Trail" markalı avtomobil ilə avtomobil ilə avtoxuliqanlıq edərkən Nizami DYPŞ əməkdaşları tərəfindən saxlanılıb.  Məhkəmənin qərarı ilə sürücü 500 manat məbləğində cərimə olunub.  Qeyd edək ki, Mahmud Feyzullayev avtomobili sürücülük hüququ məhdudlaşdırılmış halda idarə edib. 
Növbəti sürücü İbrahimov Çingiz Bayram oğlu idarə etdiyi 77-CA-097 dövlət nömrə nişanlı,  "Chevrolet" markalı avtomobil ilə avtoxuliqanlıq hərəkətləri etdiyi zaman YPX əməkdaşları tərəfindən saxlanılıb.  Məhkəmənin qərarı ilə 1 il sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə olunub.  
Nizami DYPŞ əməkdaşları narkotik vasitələrin təsiri altında avtomobil idarə edən Orxan Əhmədovu saxlayıb. O, 77-BE-341 dövlət nömrə nişanlı, "Toyota Prius" markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Manevr qaydalarını pozduğuna görə saxlanılan zaman özünü şübhəli apardığı üçün müvafiq qaydada müayinə olunub. Onun narkotik vasitələrin təsiri altında olduğu müəyyənləşib.  Toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilib.

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man