Kim daha təhlükəli sürücüdür: qadınlar, yoxsa kişilər? - VİDEO

Gündəm 19 Fevral 2022 | 01:00
OXUNUB: 1052

Yollarda qadın, yoxsa kişi sürücülər daha təhlükəlidir? Bu sual bir çox hallarda mübahisə mövzusuna çevrilir. Bu məsələdə kişilər qadınları, qadınlar da kişiləri ittiham edirlər. Ancaq qeydə alınan statistik göstəricilər qadınlarla bağlı qayda pozuntularının sürətlə artdığını göstərir.

Kişi sürücülər hesab edirlər ki, yollarda əksər qayda pozuntusuna məhz qadın sürücülər səbəb olurlar. Sükan arxasında olduqlarını unudub güzgüyə baxa-baxa kosmetik vasitələrdən istifadə edən, saçını düzəldən, mobil telefona başı qarışan, yolun hərəkət hissəsinin sol zolağında aşağı sürətlə hərəkət edərək süni sıxlıq yaradan və başqa qayda pozuntularına yol verənlər məhz  qadın sürücülərdir. Statistikada göstərir ki, 2020-ci illə müqayisədə sürücülük vəsiqəsi alan qadınların sayı 2021-ci ildə 67 faiz artıb. Qayda pozuntularında da qadın sürücülərin nisbəti kifayət qədər yüksəkdir. Məsələn, 2021-ci ildə yolda müəyyən edilmiş sürət həddini aşmağa görə 84 min 381 qadın sürücü barəsində elektron qərar çıxarılıb. Təkcə ötən il ərzində qadın sürücülər tərəfindən törədilmiş ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb. Ancaq qadın sürücülər barələrində deyilənlərlə razılaşmırlar. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev xanım sürücülərə xəbərdarlıq edərək onları yollarda daha nizam-intizamlı olmağa səsləyib. Ancaq bir fakt da var ki, ölkəmizdə qadın sürücülər bütün sürücülərin təxminən 3-4%-ni təşkil edir. Bundan başqa, qadın sürücülərin ağır qəza törətmək üzrə göstəriciləri də kişi sürücülərinkindən 2 dəfə yaxşıdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man