“Müşfiq Abbasova ar olsun, başından böyük qələt edib...” – Şeyx Əbdül

26 Yanvar 2022 | 15:29
OXUNUB: 620
"Bu şəhərdə” komandasının meneceri Müşfiq Abbasovun rəhbərlik etdiyi KVN komandanın Soçidə keçirilən festivalda "Şuşa” adından imtina etməsi və ikinci turda "Buta” adı ilə iştirakı bir neçə gündür ki, müzakirə mövzusuna çevrilib.

Sözügedən məsələ ilə bağlı Sfera.az-a danışan xalq artisti, əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü Şeyx Əbdül Mahmudov Müşfiq Abbasovun tutduğu əmələ görə edam edilməli olduğunu bildirib:

"Başa düşə bilmirəm ki, biz niyə erməninin sözünə qulaq asıb, komanda adı dəyişməli, onların istəyinə uyğun hərəkət etməliyik? Ölkə prezidenti 2022-ci ili Şuşa ili adlandırıb buranı mədəniyyət mərkəzi elan edir. Əgər sən bu adı cəsarət edib götürürsənsə, sahib çıxmağı da bacarmalısan. İlk növbədə bu adı götürməklə bağlı qayda-qanun olmalıdır. Bu gün çox eybəcər taftologiya var. Təbliğat elmi, məntiqi və tarixi əsaslarla ortaya qoyulmalıdır. Şəxsi maraqlar naminə kimisə ortaya atmaq olmaz. Həmişə deyirəm ki, adam öldürəni, oğurluq edəni həbsdən buraxaq, amma dəyərlərimizə, ideologiyamıza qarşı hörmətsizlik edənləri edam edək, güllələyək. Müşfiq Abbasova da ar olsun. Başından böyük qələt edib Şuşa adını komandasına verir, sonra da erməninin təkidi ilə adı dəyişdirir. Belə rüsvayçılıqdan sonra da necəsə yol tapıb komandanın adını özünə qaytarır”.
 
Rejissor bu məsələnin dövlət strukturları tərəfindən nəzarətdə saxlanılmalı olduğunu deyib:

"Erməni belə təklif irəli sürəndə yeganə çıxış yolu o idi ki, komanda yarışdan imtina etsin və geri qayıtsın. O isə ermənin xeyir-duası ilə yenidən komandanın adını bərpa edib, xalqı təhqir edir. Ona kim arxa dayaq durur, bilmirəm. Xalqın bu boyda siyasi ideologiyası ilə oynayan biri rahat-rahat işi ilə məşğul olur. Haqq sözü deyənlər cəzalandırılır, belə əməl törədənlər yox. Müşfiq Abbasov ermənidən hansısa yolla rüşvət alıb komandanın adını dəyişir, sonra da bərpa edir. Bu işlə məşğul olan dövlət strukturları məsələni diqqətdə saxlamlalıdır”.
 
Əzizə Zeynal
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man