1 yanvar 2022-ci il tarixindən Azərbaycanda elektrik və hibridlə çalışan minik avtomobillərinə hökumətin vergi güzəştə başlaması statistikaya öz təsiri göstərdi.
Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, cari ilin ilk ayında ölkəyə idxal edilmiş hibrid mühərrikli avtomobillərin sayı 2.5 dəfə artmaqla 1 137 ədəd təşkil etdi.
Hibrid mühərrikli avtomobillərin ixracına görə, 10.27 milyon ABŞ dolları valyuta ölkəni tərk etdi.
Məlumat kimi bildirək ki, hökumət Azərbaycan Respublikası ərazisinə 2022-ci ilin yanavarından etibarən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilir.
2022-ci ilin ilk ayında elektrik avtomobillərin idxal həcmi isə 13 ədəd təşkil edib. Bu rəqəm 2021-ci ilin analoji dövründə 2 ədəd idi.
Cəmi Azərbaycana idxal edilmiş avtomobilərin həcmi də artıb. Məsələn, hesabat müddətində ölkəyə xaricdən 5 685 ədəd (68.22 mln. dollar) minik avtomobili gətirilib ki, bunun da 4 238 ədədi minik avtomobilləridir.
Yeni qaydaya görə, məsələn hibrid mühərrikli işçi həcmi 1100 sm-kub olan avtomobilin invoys qiyməti 20 000 dollar olarsa 1655.4 manat cəmi vergi ödəməlidir.
Hesablama belədir:
Eyni dəyərdə olan e-car isə 5 285.4 manat ödəniş etməldir:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man