Nazir şagirdlərlə görüşündən yazdı - FOTO

Gündəm 18 Fevral 2022 | 12:16
OXUNUB: 613

"Hörmətli həmkarım, təhsil naziri Emin Əmrullayevlə birgə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Təhsil Nazirliyi arasında əməkdaşlıq barədə Niyyət Protokolunu imzaladıq. Bu sənəd əsasında ilk olaraq Sumqayıt şəhərində yerləşən “İstedad” liseyinin nəzdində “İnnovasiyalar” mərkəzi yaradılacaq." Avtosfer.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev öz "Facebook" səhifəsində yazıb. O bildirib ki, imzalanma mərasimindən sonra liseyin şagirdləri ilə görüşüb. "Onlarla texnoloji bilikləri artırmağın yolları, peşə seçimi və gələcəyin peşələri barədə söhbət etdik. İnanıram ki, “İnnovasiyalar” mərkəzi şagirdlərin informatika, robotiks sahələrinə marağını artıracaq, uşaqlara kodlaşdırma qabiliyyətinə yiyələnməyə şərait yaradacaq və onları gələcəkdə təkcə iş yeri tapmağa deyil, iş yeri yaratmağa təşviq edəcək".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man