DANX sədri: “Ölkədə 150-yə yaxın daşıyıcı var, bu yalnız bir şirkətin şikayətidir”

Gündəm 17 Fevral 2022 | 16:30
OXUNUB: 778

“Avtomobil Nəqliyyatında Beynəlxalq Daşınmalarda uzun illər boyu yığılıb qalan problemlər var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu problemlərin aradan qaldırılması ilə məşğul olur”.

Avtosfer.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” proqramında yayılan söz-söhbətlərə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, problemlərdən biri də beynəlxalq daşınma icazələrinin verilməsi ilə bağlıdır:

“Bu sahədə neqativ hallar uzun müddət müşahidə edilib. Bu problemin qarşısının alınması üçün iyun ayından etibarən yeni mexanizm təklif olundu. İcazələrin bölüşdürülməsi prosesi ilk növbədə ictimailəşdirildi. Çünki həqiqətən bu icazələrin əksəriyyəti defisitdir. Üçüncü ölkələrdən – Türkiyə, Rusiya və yaxud İrandan daşınacaq yüklərə görə icazələrin sayı məhduddur. Bu icazələri bizim dövlətimiz deyil, qarşı ölkə kvota olaraq bizə ayırır. Biz sadəcə onu daşıyıcılar arasında bölürük. Hər kəsə çatmayan icazələrin bölüşdürülməsində problem var idi.

İlk mərhələ olaraq bunun həll olunması icazələrin ictimailəşdirilməsi idi ki, hamı bölgünün necə aparıldığını görsün. Bu qərar verildi və prosesə daşıyıcıların iştirakı, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından nümayəndələr, ekspertlər cəlb olunmaqla komissiya yarandı. İyun ayından bu günə qədər komissiyanın işini müşahidə etmək üçün digər daşıyıcılar da dəvət edildi. Müvafiq məlumatlar daşıyıcılar assosiasiyasının saytında dərc olunur. Daha sonra daşıyıcılar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yaxınlaşaraq heç bir maneə olmadan icazələrini götürə bilirlər. Belə olduqdan sonra heç kimin sui-istifadə etməyə şəraiti qalmadı”.

Sədr bildirib ki, yeni mexanizmin özünün müsbət nəticələri oldu:

“Daşıyıcılar tərəfindən yeni avtomobillərin alınmasına maraq yarandı. Bununla yanaşı məsələyə narazılıq bildirən adamlar da olacaq. Bəzi adamlarda əvvəlki qaydada, icazələr ictimailəşdirilmədən bölüşdürülən zaman ola bilər ki, onların payı çox olub. Amma bu gün bu bölgü ədalətli şəkildə aparılır. Bölgü tam açıq aparıldığı üçün istənilən şəxs daşıyıcılar assosiasiyasına müraciət edərək bölgülərlə bağlı istənilən suala cavab tapa bilir. Ümumiyyətlə hər ay daşıyıcılarla ən azı iki dəfə görüş keçirilir, danışıqlar aparılır. Bu gün ölkədə 150-yə yaxın daşıyıcı var. Bizim bu gün müzakirə etdiyimiz məsələ bir daşıyıcının narazılığıdır, digərlərinə aid deyil”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man