Nazirlik "TIR"ların yolu bağlamasına belə aydınlıq gətirdi - İpə-sapa yatmayan sürücü... - VİDEO

Gündəm 17 Fevral 2022 | 14:15
OXUNUB: 1618

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 4 TIR sürücüsünün bu gün etiraz əlaməti olaraq Bakının Heydər Əliyev prospektini bağlamasına, nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətini (DANX) ittiham etməsinə münasibət bildirib. Nazirlikdən cavab olaraq bildirilib ki, ötən ilin iyun ayından etibarən DANX beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi prosesi yeni və şəffaf mexanizmin tətbiqi ilə həyata keçirir. İcazələrin bölgüsü prosesində daşıyıcıların özlərinin də iştirak edir. Bölgünün nəticələri daşıyıcıların assosiasiyasının saytında dərc edilərək ictimailəşdirilir. Əvvəlllər mövcud olmuş mənfi hallar tam və birmənalı dayandırılıb. Daşıyıcılar onlara ayrılan icazə blanklarını DANX-dan tam maneəsiz əldə edirlər. Blankların sayı məhdud olduğundan onların qabaqcadan real tələbatdan artıq alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, beynəlxalq daşımalar həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur.

Bu istiqamətdə nazirlik Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edir, daşıyıcıların real tələbatı haqqında məlumatlar mübadilə edilir. Yalnız bir daşıyıcı - Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub.

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man