DİN-dən deputat Tahir Kərimlinin ölümlə hədələnməsi barədə AÇIQLAMA - VİDEO

Gündəm 17 Fevral 2022 | 11:59
OXUNUB: 474

Daxili İşlər Nazirliyi (DİN) deputat Tahir Kərimlinin ölümlə hədələnməsi barədə yaydığı videoya münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, daxili işlər orqanlarına deputat Tahir Kərimli tərəfindən ölümlə hədələndiyi barədə hər hansı şikayət xarakterli müraciət daxil olmayıb.

Tahir Kərimlinin özü ilə əlaqə saxlamağa çalışsaq da, o, zənglərimizə cavab verməyib.

Qeyd edək ki, dünən deputat Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkib və onu ölümlə hədələyən şəxslərə səslənib. 

“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən”, - deyə o bildirib.

Sözügedən videonu təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man