İcbari tibbi sığorta çərçivəsində dərmanlar ödənişli olur, yoxsa yox? AÇIQLAMA

Gündəm 16 Fevral 2022 | 22:12
OXUNUB: 965

“İcbari Tibbi Sığorta çərçivəsində stasionar şəraitdə müalicə alan xəstənin həkim təyinatına uyğun olan dərman preparatları agentlik tərəfindən qarşılanır”.

Avtosfer.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertiza şöbəsinin müdiri Nərgiz Ağayeva agentliyin “Facebook” səhifəsində canlı yayımda çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, həkim tərəfindən həmin şəxsin xəstəliyinə və eləcə də yanaşı xəstəliklərinə uyğun dərman preparatları yazılır: “Bəzən xəstələr “mən bu dərmanı yox, başqasını istəyirəm” kimi etirazlar edə bilir. Lakin bu kimi seçimlər doğru deyil. Həkimlər xəstənin vəziyyətinə uyğun olaraq müalicə təyin edir və yalnız həmin həkim reseptində qeyd edilən dərmanlar icbari tibbi sığorta çərçivəsində qarşılanır”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man