Vətən müharibəsində yaralanan neçə şəxsə əlillik təyin edilib?

Gündəm 16 Fevral 2022 | 19:10
OXUNUB: 479

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini aidiyyəti qurumlarla birgə davam etdirir.

Nazirlikdən verilən məlumata görə, həmin şəxslərdən artıq 2 659 şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub. Əlillik təyinatı ilə əlaqədar onlara əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik sığorta ödənişi və 5 300-dən çox aylıq sosial ödənişlərin (Prezidentin aylıq təqaüdü və əlilliyə görə müavinət, yaxud əlilliyə görə əmək pensiyası) təyinatı aparılıb. Agentliyin həkim-ekspertləri Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə şəhadətnamələr və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Son mərhələdə əlilliyin qiymətləndirilməsi aparılaraq qərar verilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man