Ötən il Azərbaycanda yaradılan iş yerlərinin sayı AÇIQLANDI

Gündəm 16 Fevral 2022 | 18:24
OXUNUB: 601

2021-ci il ərzində ölkədə 69 min yeni iş yeri açılıb.

Avtosfer.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövrdə yaradılmış iş yerlərinin 88,8 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 77,1 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 22,3 faizi digər regionların, o cümlədən 4,7 faizi Abşeron-Xızı, 3,8 faizi Gəncə-Daşkəsən, 2,3 faizi Lənkəran-Astara, 2,2 faizi Quba-Xaçmaz, 2 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Şirvan-Salyan, 1,3 faizi Mərkəzi Aran, 1 faizi Qarabağ, 1 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 10,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,1 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man