Azərbaycanda benzin istehsalı ARTDI - FOTO

Gündəm 16 Fevral 2022 | 18:15
OXUNUB: 686

Azərbaycanda 2021-ci ilin yanvar ayında 303,1 milyon manat dəyərində neft məhsulları istehsal edilib.

Avtosfer.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin yanvar ayı ilə müqayisədə 28,3 faiz artıb.

Bu dövr ərzində ölkədə 121,4 min ton avtomobil benzini, 187,8 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 40,8 faiz artıb, dizel yanacağının istehsalı isə 0,8 faiz azalıb.

Belə ki, yanacaq mazutunun istehsalı 18,3 dəfə, sürtkü yağlarının istehsalı 20,7 faiz artıb, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 13,6 faiz, neft koksunun istehsalı isə 18,3 faiz azalıb.

Pərakəndə ticarət dövriyyəsində isə istehlakçılara 182,4 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man