Yevlaxda qəsdən yanğın törədən şəxs saxlanılıb - FOTO

Gündəm 16 Fevral 2022 | 17:51
OXUNUB: 1456

Yevlax rayonunun Salahlı kəndində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsi baş verməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, məlumatla əlaqədar Yevlax RPŞ-nin əməkdaşları hadisə yerində olub, yanğın olan əraziyə baxış keçirib. Fərdi yaşayış evinin qəsdən yandırılmasına dair şübhələr  yarandığından polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Aqil Nəsibov saxlanılıb. 
Hazırda faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və A.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Fidan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man