Bakıda ölüm saçan küçə: Qurumlar problemə biganədir - VİDEO

Gündəm 16 Fevral 2022 | 16:33
OXUNUB: 8291

Paytaxtın Xətai rayonunda yaşayan sakinlər uşaqlarının həyatından narahatdır.

Bu barədə video sosial şəbəkədə paylaşılıb. 

Söhbət Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 97-nin önündən gedir. Məlumata görə, artıq illərdir ki, qeyd edilən ərazidəki 95, 97, 111 nömrəli binaların önündən daimi avtomobil yolu kimi istifadə edilir. Bu illər ərzində dəfələrlə uşaqları və böyükləri maşın vurub. Hadisə səbəbindən ölənlər belə olub.

Görüntülərdən də görünür ki, binadan çıxan uşağı az qala maşın vuracaqdı, xoşbəxtlikdən bədbəxt hadisə baş verməyib. Ərazidə yaşayan sakinlər məcburiyyətdən yola tramplinlər qoyublar. Videoya diqqətlə baxanda görmək olur ki, tramplin səbəbindən avtomobilin sürətini azaltması bədbəxt hadisənin qarşısını alır. Ərazidə binaların önündə uşaq meydançalarının olmaması səbəbi ilə həyətdə oynayan uşaqlar belə hallarla tez-tez rastlaşırlar. 

“Ərazidən keçən istənilən nəqliyyat vasitəsi, hətta DYP xidməti avtomobilləri belə binanın önündən sürətlə keçir. Məsələ bağlı sakinlər tərəfindən aidiyyəti qurumlara dəfələrlə müraciət ünvanlansa da, problemin aradan qaldırılması üçün heç bir tədbir görülmür. Yol hələ də təhlükə saçmağa davam edir. 

Müraciət edilən qurumlardan - DYP, BNA, Bakı Şəhər İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) isə sakinlərə birmənalı olaraq gələn cavab “bizlik deyil” olub.   

Sakinlər iddia edir ki, aidiyyəti qurumlar bir-birinin üzərinə ataraq onlara kömək etməkdən boyun qaçırır. Yolun təhlükəsizliyi təmin edilmir, uşaqlar üçün oyun meydançaları və burada yaşayan sakinlərin istirahəti üçün təhlükəsiz şərait yaradılmır. Bu səbəbdən illərdir ərazidə yaşayan sakinlərin və onların övladlarının həyatı təhlükə altında qalmaqda davam edir”, - deyə şikayətdə bildirilib.

oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man