“Avtovağzaldan kənar sərnişin daşıyan sürücülər arasında patı-şüşə istifadə edənlər var” - Ekspert

Gündəm 16 Fevral 2022 | 15:24
OXUNUB: 1416

Avtovağzallar boş qalıb, qanunsuz sərnişin daşıyanlar isə meydan sulayır. Avtosfer.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə digər ekspert Elməddin Muradlı bildirib. “Təsəvvür edin ki, pandemiyanın ağır dövründə yüzlərlə koronavirus xəstəsi avtovağzaldan yox, kənardakı maşınlardan istifadə edərək səfər edir. Çünki gizli yolla işləyən maşınların sürücüləri heç kimdən COVİD pasportu tələb etmir, pulunu ver, kef elə”, deyə ekspert bildirib.
O qeyd edib ki, əgər siz də xəstə-sağlam demədən onların arasında olub yoluxmaq istəmirsinizsə, qanuni sərnişindaşımadan istifadə edin: “Avtovağzallara gedin, ucuz, rahat və təhlükəsiz hərəkət edin”.
E.Muradlı bildirib ki, avtovağzaldan kənar hərəkət edən maşınların sürücüləri arasında patı-şüşə kimi narkotik maddələrdən istifadə edənlər də var: “Çünki o zəhəri qəbul edənlərin yuxusu qaçır, o da bir gündə 3 dəfə reysə çıxa bilir. Həyatınızı belə insanlara həvalə etməyin!”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man