Ötən il yol qəzası törədən qadın sürücülərin sayı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Avtosfer.az-a bildirilib ki, 2021-ci il ərzində qadın sürücülər tərəfindən törədilən ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.
Ölümlə nəticələnən qəzalardan cəmi 1-i sürücülük təcrübəsi 10 ildən yuxarı olan qadın sürücü tərəfindən törədilmişdirsə, digər hadisələr sürücülük təcrübəsi 9 ilədək olan qadın sürücülərin təqsiri səbəbindən baş verib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man