Qəbələdə naməlum avtomobil 47 yaşlı kişini vuraraq öldürüb

Yol qəzaları 16 Fevral 2022 | 13:08
OXUNUB: 557

Qəbələdə naməlum avtomobil 47 yaşlı kişini vuraraq öldürüb.

Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, rayonun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Salahov Bəxtiyar Tacir oğlunun qeyri aşkar şəraitdə sağ ayağının baldır sümüklərinin açıq sınığı xəsarətlərini alması və göstərilən tibbi yardıma baxmayaraq Qəbələ Rayon Diaqnostika Mərkəzində 25 dekabr 2021-ci il tarixdə vəfat etməsi faktına görə rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları pozma) ilə cinayət işi başlanılaraq istintaq aparılıb.

Daha sonra cinayət işi Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsinə göndərilib.

Hazırda cinayət hadisəsinin hansı şəraitdə baş verməsinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man