Milyon kilometr qət etmiş “Opel” saz vəziyyətdədir – Səbəb - FOTO

Maraqlı 16 Fevral 2022 | 10:04
OXUNUB: 8380

Belçikanın Limburq şəhərində yaşayan Gerri Diriksin avtomobili dünən milyonuncu kilometrini qət etsə də, təzə kimi görünür.

Avtosfer.az-ın xəbərinə görə, Gerri kilsədə kanon ifa edir və 25 ildir eyni avtomobili idarə edir.  Hər gün bir neçə yüz km yol qət edən sürücü bu avtomobili sadə konfiqurasiyasına görə alıb: “mən elektronikanı sevmirəm. Həmişə problem yaradır”, deyir Gerri. 
Limburq sakini avtomobilinə peşəkar servisdə qulluq etdirir. O, artıq 4 servis kitabçasını doldurub. Dediyinə görə polis də onu yoxlama üçün saxlamır. Çünki avtomobil vaxtı-vaxtında texniki baxışdan keçir, lazımi qulluq edilir. 
Bu günlərdə isə polis onu saxlayaraq avtomobilin təzə qalmasının səbəbini soruşub. Din adamının cavabı belə olub: “arvadınız kimi avtomobilə də qayğı göstərin, sevgi və hörmətlə yanaşın”.
Avtomobili satmaq fikrində olmayan Gerri yaxın günlərdə Almaniyanın Russelhaym şəhərinə gedəcək – avtomobili “Opel”in baş ofisinə göstərmək üçün.

Vüqar Yaşaroğlu

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man