Kürdəmirdə avtomobil qəzası iki kəndi işıqsız qoydu - FOTO

Yol qəzaları 16 Fevral 2022 | 10:16
OXUNUB: 587

Kürdəmirdə avtomobil qəzası nəticəsində bir nəfər yaralanıb, iki kənd işıqsız qalıb.

Avtosfer.az-ın xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, BMW markalı avtomaşının sürücüsü 27 yaşlı Məmmədov Elçin Rauf oğlu Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı işıq dirəyi aşıb və həmin istiqmətdə rayonda yerləşən Aqroparka və Ərşəli kəndinə gedən elektrik enejisinin verilişində fasilələr yaranıb.

Hazırda işıq xəttinin bərpa edilməsi istiqamətində işlər davam edir.

Hadisə zamanı avtomobildə olan sərnişin Qaradağ rayon sakini 19 yaşlı Abasov Nicat Səxavət oğlu müxtəliuf dərəcəli bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

”Report”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man