DYP rəisi nömrəyə görə sürücünün "başına oyun açdı" - DİN-dən AÇIQLAMA - FOTO

Nəqliyyat TV 15 Fevral 2022 | 14:14
OXUNUB: 9441

Yol polisi əməkdaşları tərəfindən əsassız saxlanıldığını bildirən sürücü Avtosfer.az-ın qaynar xəttinə müraciət edib. Səxavət Əhmədov adlı sürücü bildirir ki, idarə etdiyi 10-SZ-536 qeydiyyat nişanlı “Daewoo” markalı avtomobillə fevralın 11-də Masallı rayonu ərazisində hərəkətdə olarkən, 99-YP-568 qeydiyyat nişanlı YPX avtomobili tərəfindən saxlanılıb: “Masallı rayon Dövlət Yol Polisi Bölməsinin Anar adlı əməkdaşı məni dayandıraraq avtomobilimin qeydiyyat nişanında “çip”in olmadığını bildirdi. Əvvəlki nömrələrdə “çip” olmadığını bildirsəm də polis əməkdaşı buna məhəl qoymadı. Mən bu barədə 902 qaynar xəttinə müraciət edən kimi isə əraziyə post patrul naryadı çağırdılar. Daha sonra məni bölməyə, avtomobilimi isə mühafizə olunana duracağa apardılar. Yol polisi darəsinin rəisi Asəf Mustafayev mənə bildirdi ki, sən niyə qaynar xəttə müraciət edirsən? Sanki qaynar xəttə şikayət bildirmək cinayətdir. İdarədə uzun mübahsiədən sonra mənə İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə 4 bal 60 manatlıq cərimə yazıldı”.

Əsassız cərimələndiyini bildirən sürücü Səxavət Əhmədov Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən məsələni ciddi şəkildə araşdıraraq protokolun ləğv edilməsini və polis əməkdaşlarının cəzalandırılmasını xahiş edir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Avtosfer.az-a bildirib ki, sözügedən nəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi törədildiyinə və hadisə yerindən yayınma ilə bağlı şübhələr yarandığınına görə həmin avtomobil dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb. "Saxlanılarkən eyni zamanda həmin avtomobilin dövlət nömrə nişanının standarta uyğun olmadığı müəyyən edilib.Masallı Rayon Polis Şöbəsinə gətirilən həmin nəqliyyat vasitəsinin dövlət nömrə nişanı standarta cavab vermədiyi üçün bununla bağlı sürücü barəsində inzibati protokol tərtib edilib. Həmin nəqliyyat vasitəsinin sürücüsünə qarşı heç bir əsassız tələb irəli sürülməyib və polis əməkdaşları tərəfindən qanunsuz hərəkətə yol verilməyib".

 

 

Leyla

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man