Bakıda avtobusda qadının 2900 manatlıq mobil telefonu oğurlandı - FOTO - VİDEO

Gündəm 15 Fevral 2022 | 14:25
OXUNUB: 1685

Bakıda avtobusda qadın sərnişinin 2900 manatlıq mobil telefonunu ələ keçirilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 4-də paytaxtın Yasamal rayonu ərazisində sərnişin avtobusunda vətəndaşa qarşı soyğunçuluq edilib. Naməlum şəxslər avtobusda olan qadın sərnişinin əlindən dəyəri 2900 manat olan “İphone-12” markalı mobil telefonu soyğunçuluq yolu ilə alıb hadisə yerindən yayınıblar.

Zərərçəkənin şikayəti əsasında Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Cəlil Hacağayev və Ələddin İsrafilov saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Cəlil Hacağayev və Ələddin İsrafilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man