Sürücü Bakıda, Tərlan Əlyarbəyov küçəsində avtomobili yolun kənarına ataraq gedib. Bu barədə Avtosfer.az-a ərazidə yaşayan sakinlər məlumat verib. Bildirilir ki, 10-ND-205 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil səkiyə paralel deyil, köndələn saxlandığı üçün gediş-gəlişə maneə yaradır. Təqdim olunan görüntülərdən də aydın olur ki, avtomobil qəzalı vəziyyətdədir.
Avtosfer.az məsələ ilə bağlı Dövlət Yol Polisinə müraciət edib. Sürücü ilə əlaqə saxlamağa çalışılsa da o telefonlara cavab verməyib.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man