Oğuz rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 13-ü saat 15:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Elmar Məmmədovun idarə etdiyi “Renault” markalı 90-NL-192 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü E.Məmmədov və avtomobildə olan sərnişinlər – baldızı, 2003-cü il təvəllüdlü Xədicə İsmayılova, oğlu, 2018-ci il təvəllüdlü Eldar Məmmədov hadisə yerində ölüb.
Digər sərnişinlər – sürücünün qardaşı, 1999-cu il təvəllüdlü Emin Məmmədov, həyat yoldaşı, 1991-ci il təvəllüdlü Günel Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb, hazırda müalicələri davam etdirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man