Səbail rayonunda Çevik Polis Alayının iki əməkdaşı bıçaqlanıb. Hadisə Bayıl qəsəbəsi ərazisində Gülbala Əliyev küçəsində baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, küçədə dava edən şəxsləri ayırmağa yaxınlaşan Eldəniz və Coşqun adlı polis əməkdaşlarından biri ürəyindən, o birisi isə qarın boşluğundan bıçaqlanıb.
Polis əməkdaşları silahdan istifadə edərək onları bıçaqlayan şəxsə atəş açsa da, ayağından yaralanan şəxs hadisə yerindən qaça bilib. Hal-hazırda ərazidə həmin şəxsin axtarışı aparılır. Polis əməkdaşlarını bıçaqlayan şəxsin narkotik aludəçisi olduğu bildirilir.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Polis əməkdaşlarını bıçaqlayan şəxsin fotolarını təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man