Buster dozanın vurulması üçün verilən son tarixə 3 gün qalıb.
Yəni fevralın 15-dən etibarən buster doza vaksin olunmayanların vaksin sertifakları etibarsız hesab olunacaq. Bəs vətəndaşlar bununla bağlı nə qədər məlumatlıdırlar. Fevralın 15-dən etibarən 3-cü doza vaksin olunmayan şəxslərin vaksin sertifikatları etibarsız hesab olunacaq. Məhz bu tarixdən sonra girişinə yalnız vaksin sertifikatı ilə icazə verilən obyektlərin qapıları buster dozasını vurdurmayan vətəndaşların üzünə bağlanacaq... Son tarixə 3 gün vaxt qalsa da, hələ də buster doza vurdurmayanlar var. Bununla belə 3-cü dozanı vurduran kifayət qədər vətəndaş da var. Vətəndaşlar arasında ümumiyyətlə buster doza haqqında məlumatsız olanlar da var. Həkim-infeksionist Könül İsmayılova insanlar arasında çaşqınlıq yaradan məsələyə aydınlıq gətirib. Həkim-infeksionist onu da qeyd edib ki, omikron ştamının sürətlə yayıldığı bu dönəmdə, insanlar öz təhlükəsizlikləri üçün buster doza peyvənd olunmalıdırlar. Əməkdaşlarımız paytaxt sakinlərinin fikirlərini öyrəniblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man